Müstəqillik Siyasəti

CyberVision-un Swift Independent Assessment Framework (IAF) və beynəlxalq audit standartlarına uyğun təşkilati müstəqillik və maraqların toqquşmasının qarşısının alınması siyasəti.

Müstəqillik və Maraqların Toqquşmasının Qarşısının Alınması Siyasəti

CyberVision olaraq, müstəqil kibertəhlükəsizlik və audit xidmətlərinin (xüsusilə Swift CSP Independent Assessment, ISO 27001, PCI DSS və tənzimləyici auditlər) ən yüksək etibarlılıq və obyektivlik standartlarına cavab verməsini təmin etmək üçün qəti müstəqillik prinsiplərinə riayət edirik.

Bu siyasət Swift-in Independent Assessment Framework (IAF) qaydalarına, ISO/IEC 17020 prinsiplərinə və beynəlxalq audit etikası standartlarına əsaslanır.

Əsas Müstəqillik Prinsiplərimiz

  1. Struktur və Təşkilati Ayrılma (Organizational Independence):
CyberVision-un Qiymətləndirmə və Audit (Assessment & Assurance) praktikası texnologiya tətbiqi və məhsul paylama fəaliyyətlərindən tamamilə müstəqil şəkildə idarə olunur.
  1. Məhsul Satışı və Tətbiq Qadağası (Scope Protection):
Müstəqil qiymətləndirmə apardığımız müştərilərə həmin qiymətləndirmənin əhatə dairəsində heç bir təhlükəsizlik məhsulu satmır, inteqrasiya və ya tətbiq (implementation) işləri görmürük.
  1. Fərdi və Tapşırıq Səviyyəsində Müstəqillik (Engagement & Individual Independence):
Auditdə iştirak edən hər bir aparıcı assessor və audit komandası üzvü qiymətləndirilən müştəri təşkilat ilə son 24 ay ərzində heç bir əməliyyat, sistem inzibatçılığı və ya məhsul təchizatı əlaqəsində olmamışdır.
  1. Obyektivlik və Rəy Toxunulmazlığı (Objective Reporting):
Qiymətləndirmə hesabatları və nəticələri yalnız toplanmış texniki sübutlara (evidence) və sənaye standartlarına əsaslanır; kommersiya və ya digər tərəfdaşlıq maraqları audit rəyinə təsir edə bilməz.

Swift CSP Qiymətləndirmələri Üzrə Xüsusi Öhdəlik

Swift IAF tələblərinə uyğun olaraq, Swift mühitinin qiymətləndirilməsi zamanı:

  • CyberVision qiymətləndirilən Swift komponentlərinin dizaynında, quraşdırılmasında və ya gündəlik idarəetməsində iştirak etməmiş müstəqil auditorlar təyin edir.

  • Aşkarlanan hər bir uyğunsuzluq şəffaf və obyektiv şəkildə Detailed Exceptions bölməsində sənədləşdirilir.

  • Qiymətləndirmə nəticələri birbaşa təşkilatın səlahiyyətli rəhbərliyinə və KYC-SA attestasiya tələblərinə uyğun təqdim olunur.

Keyfiyyətə Nəzarət və Məxfilik

Bütün audit və qiymətləndirmə fəaliyyətləri ciddi Məxfilik Müqaviləsi (NDA) və daxili Keyfiyyət Təminatı (QA Review) prosedurları altında icra edilir.

Müstəqillik və etika məsələləri ilə bağlı əlaqə: [email protected]

Məsləhət Alın