Təhlükəsizlik alətlər ilə deyil, düzgün rəhbər ilə təmin olunur.
CyberVision olaraq biz
virtual İnformasiya Təhlükəsizliyi Direktoru (vCISO) xidmətini təqdim edirik. Tam zamanlı CISO tutmaq həm baha, həm də uzun proses tələb edir — biz isə sizə eyni səviyyəli təhlükəsizlik rəhbərliyi və strateji dəstəyi daha sürətli və qənaətli şəkildə çatdırırıq. vCISO komandamız təşkilatınızın informasiya təhlükəsizliyi risklərini sistemli şəkildə qiymətləndirir, mövcud vəziyyəti analiz edir və biznesinizin ehtiyaclarına uyğunlaşdırılmış təhlükəsizlik strategiyası hazırlayır. vCISO xidməti çərçivəsində aşağıdakı əsas sahələrə diqqət yetiririk:
- Mövcud vəziyyəti qiymətləndiririk, riskləri müəyyən edirik və risk reyestri qururuq
- Biznes məqsədlərinizə uyğun təhlükəsizlik strategiyası və prioritetləşdirilmiş yol xəritəsi hazırlayırıq
- Təhlükəsizlik siyasət və prosedurlarını hazırlayır, tətbiq edir və mütəmadi yeniləyirik
- Uyğunluq tələblərinizi idarə edirik: CBAR № 14/2, ISO 27001, PCI DSS, "Fərdi məlumatlar haqqında" Qanun, tətbiq olunduğu halda GDPR
- Təhlükəsizlik proqramınızın planlaşdırılmasında, büdcə və texnoloji həll seçimində dəstək veririk
- Üçüncü tərəf və təchizatçı risklərini idarə edirik
- İnsidentlərə hazırlığınızı qurur, cavab planı hazırlayır və insident zamanı rəhbərlik dəstəyi göstəririk
- Əməkdaşlarınız üçün maarifləndirmə proqramları təşkil edirik
- Rəhbərlik və idarə heyətiniz üçün müntəzəm hesabatlılıq təmin edir; xarici audit və tənzimləyici yoxlamalarında sizi dəstəkləyirik
Bu xidmət kimlər üçündür?
- Nəzarət olunan maliyyə subyektləri — bank, sığorta və ödəniş şirkətləri kimi tənzimlənən institutlar
- Tənzimlənməyən şirkətlər — strukturlaşdırılmış təhlükəsizlik rəhbərliyinə ehtiyacı olan böyüməkdə olan biznes
- Keçid dövründə olan təşkilatlar — CISO axtarışında olan və ya daxili funksiyanı yenidən quran şirkətlər
Bu xidmət sayəsində şirkətiniz təhlükəsizlik idarəetməsini daha səmərəli və məqsədyönlü şəkildə qurur, uyğunluq tələblərinə hazır vəziyyətdə qalır və yeni yaranan təhlükələrə vaxtında reaksiya vermə qabiliyyətini artırır.